Fransada “sarı jiletlər” etiraz aksiyasının 27-ci aktına 15 mindən çox nümayişçi qatılıb

Fransada “Sarı jiletlər” etiraz aksiyasının 27-ci aktında Daxili İşlər Nazirliyinin hesablamasına görə 15 500, “sarı jiletlər”in hesablamasına görə isə 40 mindən çox nümayişçi olub.
Xezerxeber.az xəbər verir ki, Parisdə 1600 nümayişçi olduğu bildirilir. “Sarı jiletlər” etiraz nümayişinin 27-ci aktının episentri Nansi və Reyms şəhərləri olub. Polis və nümayişçilər arasında qarşıdurmada, gözyaşardıcı qazdan və polis dəyənəyindən istifadə olunub.

  DİGƏR XƏBƏRLƏR