Geyimini avtomobilinə uyğun seçdi – Fotolar

Amerikalı TV ulduz, dünyanın ən gənc milyarderlərindən sayılan Kayli Cenner lüks avtomobili ilə gecə gəzintisi zamanı görüntülənib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kayli 400 min dollarlıq yeni avtomobilinə minərkən paparassilərin kamerasına tuş gəlib.

Cennerin əynində 2300 dollarlıq mavi libas olub. Geyimin avtomobillə eyni rəngdə olması diqqətdən qaçmayıb.




  DİGƏR XƏBƏRLƏR