Hər gün ilan sancmasından 200 nəfər ölür

Dünyada ilan sancmasından hər gün orta hesabla 200 nəfər, hər il isə 80 minədək insan həyatını itirir.

Axar.az CNN telekanalına istinadən xəbər verir ki, ilan sancması, eyni zamanda, 400 min nəfərin şikəst qalmasına səbəb olur.

Dünya Səhiyyə Təşkilatı ilan sancmalarından qaynaqlanan insan ölümlərinin sayını azaltmaq məqsədilə yol xəritəsi hazırlayacağını bildirib. Təşkilat bununla bağlı maarifləndirmə işinin önəmini vurğulayaraq 136 milyon dollarlıq yatırımla 2030-cu ilədək ölüm və şikəstlik hallarının yarıya endirilməsini hədəflədiyini qeyd edib. Alimlər isə daha etibarlı, ucuz və təsirli zərdab hazırlamaq üçün yeni yanaşmalara ehtiyac olduğunu bildirirlər.

Telekanalın məlumatına əsasən, hazırda dünyada 3400-dək ilan növü var. Onların təxminən 600-ə qədəri zəhərli hesab olunur. İlan sancmaları ən çox Asiya və Afrika ölkələrində baş verir.

 

  DİGƏR XƏBƏRLƏR