“Hər şey plana uyğun gedir” – Peskovdan Türkiyə açıqlaması

S-400 zenit-raket komplekslərinin Türkiyəyə təhvili üzrə müqavilə plana uyğun həyata keçirilir, hər hansı gecikmə yoxdur.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“S-400-lərin təhvili türk tərəfinin xahişi ilə əvvəlcədən planlanan vaxtdan daha tez həyata keçirilir. O, ki qaldı gün və aylara bu sual bizə aid deyil. Hər şey plana uyğun gedir. Heç bir gecikmə yoxdur, orada hər şey plana uyğun gedir” – Peskov deyib.

Qeyd edək ki, daha əvvəl Türkiyə müdafiə naziri Hulusi Akar S-400-lərin quraşdırılması üçün rus texniki personalının Türkiyəyə gələcəyini demişdi.

  DİGƏR XƏBƏRLƏR