“Hercai”nin Reyyanına görə təhlükəsizlik gücləndirildi

Türkiyənin ATV kanalında yayımlanan fenomen “Hercai” serialının çəkiliş meydançasında təhlükəsizlik tədbirləri gücləndirilib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb ekran işində Reyyan obrazını canlandıran Ebru Şahinin fanatlarının çoxalmasıdır.

Aktrisanın pərəstişkarları çəkiliş günlərindən xəbərdar olaraq Mardinin Midyat ərazisinə basqın edir, onunla görüşmək, şəkil çəkdirmək istəyirlər.

Qısa müddət ərzində Rusiya, Qafqaz və Yaxşın Şərqdə populyarlaşan aktrisanın rahatlığı, çəkilişlərin manesiz başa çatması üçün yeni mühafizə xidməti cəlb edilib.

  DİGƏR XƏBƏRLƏR