Kann festivalı başladı: siyahıda hansı filmlər var? – FOTOLAR

Bu gün Fransada 72-ci Kann Festivalına start verilib. Mayın 25-dək davam edəcək ənənəvi festivalda müxtəlif nominasiyalar üzrə 21 tam metrajlı film nümayiş olunacaq. Həmin filmlərdən 12-si Avropa, 4-ü Şimali Amerika, 3-2 Asiya, 2-si isə Latın Amerikası və Afrika filmləri olacaq.

Qeyd edək ki, Kann Festivalı 1946-cı ildən keçirilməyə başlayıb. Oskar Festivalından sonra film dünyasında ən önəmli yerlədən birini tutan bu festivalda adətən 35 min film ulduzları, 4500-dən çox media nümayəndələri iştirak edir.

5 ildir ki, Festivalının jüri vəzifəsini daşıyan Piyer Leskaya və festivalın baş direktoru Zeri Fremauks hələ aprel ayında yarışmanın ilk mərhələsində 21 filmin iştirak edəcəyini elan etmişdi. Daha sonrakı mərhələdə 21 filmin arasından 18 filmə baxış keçiriləcək.

Hər zaman olduğu kimi, festivalın builki mərhələsində müxtəlif yeniliklər var. Belə ki, 21 filmin 13-də qadın rejissorların imzası var. Həmçinin festivalın müxtəlif bölmələrində 4 qadın və 4 kişi namizədləri var. Beləliklə festivalda genetik bərabərliyini təmin etməsindən qürurla danışan baş direktor qeyd edib ki, bu dəfə də əsas məqsədlərdən biri yeni gənc rejissorları üzə çıxartmaq, onları geniş kütləyə təqdim etməkdir. Baş direktor həmçinin builki festivalda qadın portretlərini yaradan, mafioz və qaçqınlardan bəhs edən filmlərin yer aldığını vurğulayıb. Festivalda daha bir yenilik isə media nümayəndələri ilə bağlıdır. Belə ki, media nümayəndələrinə festivalı, təqdim olunan filmləri yaxından təqib etmək imkanı veriləcək.

Kino mütəxəssisləri qeyd edir ki, festivalın əsas hissəsində yer alan 5 filmin rejissoru, o cümlədən ingilis Ken Loaç, belçikalı Cea-Piyer və Luk Dardenne böyük ehtimalla qaliblər sırasında olacaq. Bu siyahıda amerikalı Terenze Malik, Kuentin Tarantino, fransalı Abdullatif Kerçiçenin də adları çəkilir.

Festivala ev sahibliyi edən Fransa isə 5 film ilə festivala qatılıb. Filmlərin rejissorlarının isə ikisi qadın, beşi isə kişidir.

Bir qədər də həmin filmlər haqda məlumat verək:

İlk öncə ən tanınmış adlardan başlayaq. Arnaud Despleçin – bundan əvvəl Kann Festivalına 9 dəfə qatılıb. Bu il “Roubaks, bir işıqdır” adlı film ilə festivala qatılıb. Qeyd edək ki, Roubaks Arnaudun doğulduğu doğma vətənidir. Film 2002-ci ildə baş verən dramatik hadisəni əks etdirir. Belə ki, Yeni İl gecəsi narkotik və alkoqol aludəçisi olan iki gənc qadın qonşuluqda yaşayan yaşlı qadını qətlə yetirir. Hadisələr bundan sonra cərəyan edir. Filmdə baş rolu Lea Seydouks oynayır.

Abdullatif Kerçiçe isə 4 saatlıq “Mektoub, my love intermezzo” filmi ilə qatılıb. Bu film festivalın başlanmasına 10 gün qalmış siyahıya daxil edilib.

Adel Eksaçopulosunbaş rol aldığı “Sibyl” filmi də Fransa filmləri arasındadır. Film məşhur aktrisa ilə psixi xəstənin arasında baş verən münasibətdən söhbət açılır.

Mali əsilli, fransalı rejissor-aktyor Ledci Li isə ilk dəfə olaraq filmi ilə festivalda iştirak edir. Qeyd edək ki, Linin 39 yaşı var.

Selin Sçiamanın “Atəşli gənc qızın portreti” (“Potrait de Jeune Fille En Feu”) də maraqlı filmlərdən sırasındadır.

Festivalın qala gecəsində amerikalı Cim Carmuşun “Ölülər ölməz” (“The dead don’t die”) filmi göstəriləcək.

İtaliya, İngiltərə, İspaniya, Belçika, Rumıniya və Avstriya ölkələrinin rejissorları da ən prestijli filmləri ilə festivalda yarışacaq. Bir qədər həmin filmlər haqqında:

“Gizli bir həyat” filmi İkinci Dünya müharibəsi zamanı döyüşməkdən imtina edən, vicdanlı avstriyalı Frans Cagestrdən bəhs edir.

“Sachs” filmi isə tarixi Sintra şəhərini təsvir edir. Filmdə üç nəsildən olan qəhrəmanların tətil günündə baş verən pis olaydan sonra həyat yollarının kəsişməsindən bəhs edir. Filmdə İzabella Hapert, Marisa Tomei, Brendan Gleeson, Ceremie Renier, Greg Kinnear rol alıb.

Kunetin Tarantinonun “Once Upon A Time… İn” filmi də festivalın başlanmasına 10 gün qalmış siyahıya daxil edilib. Filmdə ulduz aktyorlar, o cümlədən Leonardo di Kaprio, Margot Robbie, Bred Pitt və digərləri rol alıb.

Ötən il “Qızılı Palma” mükafatının qalibi olan Yaponiya bu il festivalda iştirak etməyəcək. Asiya filmi Çin və Cənubi Koreya, Fələstindən gələn filmlər ilə təmsil olunacaq. Çini Yinan Dianonun çəkdiyi ”Vəhşi ördək gölü” təmsil edir. Filmdə bir fahişə ilə münasibətdə olan, daim kirli işlər aparan gangster şefindən söz açılır.

“Cennet olmalı” (“İt Must Be Heaven”) adlı film isə Fələstini təmsil edir. Filmdə Eliya Süleyman öz həyatını oynayır.

Bundan əvvəl 7 dəfə festivalda iştirak edən kanadalı Xeyvr Dolan baş rolunu ifa etdiyi “Mattias et Maxime” filmi ilə 8-ci dəfə özünü festivalda sınayacaq.

Braziliya və Afrikadan isə qeyd etdiyimiz kimi yalnız bir film festivalın siyahısında yer alıb. Belə ki, braziliyalı Kleber Mendoça Filho “Bacurau” filmini təqdim edib. Film Braziliyanın şimal hissəsndəki bir yeri təsvir edir. Baş rolda Sonia Bragadır.

Festivalın builki “Qızıl şərəf” mükafatı 84 yaşlı məşhur fransız aktyoru Aleyn  Delona təqdim olunacaq. Qeyd edək ki, aktyor bu günə qədər 80-ə yaxın filmdə rol alıb, fırtınalı sevgi macəraları ilə 60 ildir ki, gündəmdən düşmür. Buna qədər dəfələrlə aktyora bu mükafat təklif olunsa da, Delon hər dəfə bir bəhanə ilə ondan imtina edib. Yalnız bu il aktyor “şeytanın qıçını qırıb”, mükafatı almağı qəbul edib.

Xalidə Gəray,
Musavat.com

  DİGƏR XƏBƏRLƏR