Məleykə Əsədova buna görə ailə qurmur

Heç mətbəxlə aram yoxdur. Ev işlərini köməkçidən də təmiz edirəm. Mətbəxi isə sevmirəm. Yemək iyinə allergiyam var. İyi gələrsə, yeyə bilmərəm. Ürəyim bulanır, götürə bilmirəm.

“Qafqaz Xəbər” qəzeti axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova rejissor Nail Naiboğlunun “21 sual” adlı “Youtube” layihəsində deyib. Geyimləri haqda sualları cavabsız qoyan aktrisa heç vaxt məbləğ açıqlamayacağını söyləyib.

Əsədova “Ölü dənizdən evinə su çəkdirib” söhbətlərinə münasibət bildirib:

“Ucuz da geyinmək olar. Amma zövqlə geyinin. Bir də görürsən ki, kimsə gözəl paltardadı. Soruşuram, ucuz qiymət deyir.
Kür çayının lıqqa suyu ilə böyümüşəm. Ölü dənizdən necə su çəkdirim? Hətta deyirlər süd vannası qəbul edir. Anamdan keçib bu mənə. Genetikdir bu cür dəriyə sahib olmağım. 52 yaşım var, Allah mənə nəvə, qocalıq qismət etsin. Daxilimdə nur var, üzümə vurur”.

Aktrisa “Niyə ikinci dəfə ailə qurmursunuz” sualına belə cavab verib:

“Evimdə qız böyüdürəm. İstəmirəm başqasını. Qızım xoşbəxt olsun. Mənimki belə gətirdi…

  DİGƏR XƏBƏRLƏR