Mayk Pompeo Rusiyada səfərdədir

ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiya rəhbərliyi ilə görüşmək üçün Soçiyə gəlib. Məlumatı RİA “Novosti” yayıb.

Görüşdən əvvəl dövlət katibi bildirib ki, qarşı tərəflə çoxsaylı məsələləri müzakirə edəcəklər. O, müzakirələr zamanı fikir ayrılığı ola biləcəyinin də istisna etməyib: “Rusiyada keçirəcəyim görüş zamanı bir sıra vacib məsələləri müzakirə edəcəyik. Bəzilərini biz razılaşdıra, bir hissəsini isə razılaşdırmaya bilərik. Ancaq milli maraqlar olan yerdə bizim vəzifəmiz gələcək inkişaf üçün yollar axtardır”.

Qeyd edək ki, mayın 14-də Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavorv Soçidə Mayk Pompeo ilə görüşəcəklər.

  DİGƏR XƏBƏRLƏR