Nümayəndələr Palatası: “Türkiyə S-400 alacağı təqdirdə, F-35 proqramından çıxarılacaq”

ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi Türkiyənin Rusiyadan S-400 sistemlərini alacağı təqdirdə F-35 proqramından çıxarılmasına dair qərar layihəsini qəbul edib.

ONA-nın “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, palata üzvləri həmçinin Türkiyəni S-400 raket əleyhinə müdafiə sisteminin tədarükünü təxirə salmağa çağırıb. Xarici əlaqələr komitəsinin rəhbəri Eliot Engel çıxışı zamanı bildirib ki, Rusiya silah sisteminin tədarükünü təxirə salmasa, ABŞ Türkiyəyə silah satmamalıdır: “NATO-ya üzv ölkə rus silahını ala bilməz”.

Sənəd Nümayəndələr Palatasına mayın 10-da təqdim edilib.

  DİGƏR XƏBƏRLƏR