“Qəribəlik” ədədinin müəllifi öldü

ABŞ-da fizika üzrə Nobel mükafatı laureatı Marri Gell-Mann dünyasını dəyişib.

Oxu.Az bildirir ki, bu barədə Santa-Fe İnstitutunun yaydığı məlumatda deyilir.

Verilən məlumata əsasən, 89 yaşlı alim mayın 24-də evində ölüb.

Qeyd edək ki, Marri Gell-Mann Nobel mükafatını elementar hissəciklərin təsnifatı və onların bir-birilə qarşılıqlı təsiri ilə bağlı kəşfinə görə 1969-cu ildə alıb. O, eləcə də fizikaya bəzi mezonların parçalanmasını başa düşməyə imkan verən “qəribəlik” kvant ədədini daxil edib.

  DİGƏR XƏBƏRLƏR