“Qalatasaray” Türkiyə Kubokunu qazandı – VİDEO

Türkiyə kubokunun qalibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, həlledici oyunda “Qalatasaray”la “Akhisarspor” üz-üzə gəlib. Sivasda keçirilən final qarşılaşmasında “cim-bom” 3:1 hesabı ilə qalib gəlib.

Bununla da, “Qalatasaray” tarixində 18-ci dəfə kuboku başı üzərinə qaldırıb.

“Akhisarspor” – “Qalatasaray” 1:3
Qollar: Manu, 57 – S.Gümüş, 80-pen. Fequli, 88. Diane, 90.

  DİGƏR XƏBƏRLƏR