Ronaldu “Yuventus” üçün baş məşqçi tapdı

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu Turin klubunun rəhbərliyinə Joze Mourinyonu baş məşqçi təyin etməyi təklif edib.

Reyting.az bildirir ki, bu barədə “La Gazzetta dello Sport” xəbər yayıb.

Xatırladaq ki, mayın 17-də “Yuventus” baş məşqçi Massimiliano Alleqri ilə əçəkdaşlığı dayandırıb və indi italiyalıya əvəz axtarır.

Ronaldudan başqa Mourinyonun namizədliyini Kriştianunun agenti və portuqaliyalı məşqçinin maraqlarını təmsil edən Jorje Mendeş də dəstəkləyir.

Mourinyo 2018-ci ilin dekabr ayında “Mançester Yunayted”dən istefaya göndəriləndən işsiz qalıb.

Digər məlumata görə, Ronaldu Antonio Kontenin də “Yuventus”a baş məşqçi postuna qayıtmasını isəyir. Bundan başqa, Ronaldu Maurinyonun alternativi kimi “Napoli”nin baş məşqçisi Karlo Ançelottini də təklif edib.

Bundan əvvəl xəbər verilirdi ki, hazırda Fransa millisinin baş məşqçisi olan Didye Deşam “Yuventus”a rəhbərlik edə bilər.

  DİGƏR XƏBƏRLƏR