Saakaşvili Ukrayna pasportu aldı – FOTO

Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığına dair rəsmi sənədini alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat verib.

“Ukraynanın gözəl konsulu Varşava səfirliyində mənə Ukraynaya qayıtmağım üçün şəxsiyyət vəsiqəsi təqdim etdi. İndi isə hava limanındayam və Kiyevə yola düşürəm”, – deyə Saakaşvili yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 28-də Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

 

  DİGƏR XƏBƏRLƏR