Skarlet Yohanson növbəti dəfə evlənir

Amerikalı aktrisa Skarlet Yohanson və “Saturday Night Live” şousu ilə tanınan komediya aktyoru Kolin Cost nişanlanıblar.

Bu barədə “Associated Press” yazır.

Bildirilir ki, cütlük iki il görüşdükdən sonra evlənmək qərarına gəlib. Toyun tarixi hələ məlum deyil.

2008-2010-cu illərdə 34 yaşlı Yohanson aktyor Rayan Reynoldla evli idi. 2014-cü ildə ulduz ikinci dəfə jurnalist Romen Doriakla evlənib. Cütlük rəsmi olaraq 2017-ci ilin sentyabrında boşanıb. Onların beş yaşlı qızı var.

2018-ci ilin avqustunda aktrisa ilin ən çox pul qazanan aktrisası seçilib. Belə ki, 12 aya o, 40.5 milyon dollar qazanıb. Onun qazancı 22 apreldə ekrana çıxan “Qisasçılar: Final” filminin çəkilişindən sonra dörd dəfə artıb.

  DİGƏR XƏBƏRLƏR