“Torqovı” bağlanmayacaq – RƏSMİ AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər yerli sakinlərin “Torqovı” kimi tanınan Nizami küçəsinə girişinə qadağa qoyulmasına dair yayılmış xəbərlərə münasibət bildirib.

İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov  açıqlamasında bildirib ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib:

“Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək”.

  DİGƏR XƏBƏRLƏR