Tramp hədələdi: Gələn həftə çox şey baş verə bilər

Gələn həftə çox şeybaş verə bilər.

TASS-ın “Fox Business” ə istinadən verdiyi məlumata görə, bunu ABŞ- prezidenti Donald Tramp Venesuelada baş verən hadisələrişərh edərkən bildirib.

Ağ Ev rəhbəri Venesuelada vəziyyətin son dərəcə dəhşətli olduğunu dilə gətirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar hökuməti bütün variantları, o cümlədən, yerli sakinlərə yardım variantını nəzərdən keçirir.

Tramp eyni zamanda dövlət katibi Mayk Pompeonun Venesuela prezidenti Nikolas Maduronun ölkəni tərk etməyi planlaşdırması ilə bağlı yazdığının sadəcə şayiəolduğunu vurğulayıb.

“Biz çox sayda fərqli-fərqli şayiələr eşidirik. Bir şayiəyə görə, Maduroölkəni tərk etməyə hazırlaşır, başqa bir şayiəyə görə, ölkədənbaşqa yollarla getməyi planlaşdırıb. Rusiya haqda şayiələr eşidirəm, Kuba ilə bağlı şayiələr də tez-tez qulağıma dəyir”, – deyə amerikalı lider bildirib.

Qeyd edək ki, Venesuelada vəziyyət yenə gərginləşib. Belə ki, ölkənin müxalifət lideriXuan Quaydo ordunu hazırkı prezident Nikolas Maduronu devirməyə səsləyib. Quaydo Venesuelada çevrilişin başlandığını açıqlayıb./oxu.az

  DİGƏR XƏBƏRLƏR