“Volkswagen” 30 milyard dollar itirib

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” bu ilin ilk 3 ayında 30 milyard dollar itirib.
Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, şirkət dizel fırıldaqçılığına görə itki ilə üzləşib. “Volkswagen” istehsal etdiyi avtomobillərin emissiya miqdarının ölçülməsində saxtakarlığa yol verib.
Almaniyada şirkət əleyhinə 60 min məhkəmə işi qaldırılıb. Avtomobil nəhəngi 2009-2017-ci illərdə ABŞ-da 482 min maşın satıb və bütün satışları geri almağa, həmçinin kompensasiya ödəməyə razılaşıb.

  DİGƏR XƏBƏRLƏR