Yeni ata olan 68 yaşlı atadan inanılmaz addım – VİDEO

Serbiyada baş verən qəribə hadisə dünya mətbuatının marağını cəlb edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yaşlı cütlük valideyn olub.

Belə ki, 68 yaşlı Şerif Nokiya və arvadı 60 yaşlı Atifa Liajiçin övladları dünyaya gəlib.

Qeyd edək ki, yaşlı cütlü uzun illər övladları olması uğrunda mübarizə aparıblar. Uzun müddət aparılan müalicələr isə nəticəsiz qalıb. Cütlü əllərini övladdan üzdükləri vaxt isə möcüzə baş verib.

Yaşlı vaxtında ata olan Şerif isə bununla barışmayıb. O, xəstə olduğunu bildirərək övladından və arvadından imtina edib. Övladı dünyaya gələn günün sabahı qadını boşayıb və öz soyadını yeni doğulan körpəsinə verməkdən imtina edib.

Kişi bildirib ki, şəkərli Diabet xəstəsidir və səhhəti normal deyil. Uşaq axşamlar ağladığı üçün rahat yata bilməyəcək. Kişi həmçinin bildirib ki, onun səhhətinin yaxşı olmaması yeni doğulan körpənin və anasının rahat yaşamasına mane olacaq. Bu səbəbdən də, cütlük boşanıb.

  DİGƏR XƏBƏRLƏR