Ən çox əhalisi olan ölkələrin reytinqi (PROQNOZ)

BMT-nin İqtisadi və Siyasi məsələlər üzrə Departamentinin mütəxəssisləri dünya əhalisinin sayının dəyişməsi tendensiyasını təhlil edərək “World Population Prospects” adlı illik hesabat dərc ediblər.
Ekspertlər bildirirlər ki, dünya əhalisinin sayı artmaqda davam edir, lakin artım sürəti xeyli zəifləyib. Onların proqnozuna əsasən, 2050-ci ilə əhalinin sayı 1 milyard nəfərdən çox arta bilər.
BMT hesabatına əsasən, 2019-cu ildə ən çox əhalisi olan ölkələrin onluğu aşağıdakı kimidir:
1. Çin
2019-cu il üçün əhalisinin sayı: 1 434 mln
2050-ci il üçün proqnoz: 1 402 mln
2100-cü il üçün proqnoz: 1 065 mln
Son illər ölkədə doğuşun məhdudlaşdırılması siyasəti yumşaldılıb. Belə ki, Ümumçin Xalq Məclisi nümayəndələrinin Daimi Komitəsinin 28 dekabr 2013-cü il qərarına əsasən, əgər valideynlərdən biri ailədə yeganə övladdırsa, iki uşağa icazə verilirdi, lakin sonra qadağan aradan qaldırıldı.
Dövlət tərəfindən aparılan bu siyasətə işçi qüvvəsinə ehtiyac olduğu və ənənəvi olaraq oğlan uşaqlarına üstünlük verildiyi üçün, əsasən, kənd yerlərində qarşıdırlar.
Hazırda Çin ən çox əhalisi olan ölkələrindən biridir, lakin BMT-nin analitiklərinin proqnozuna əsasən, Çin liderliyi Hindistana verəcək.
2. Hindistan
2019-cu il üçün əhalisinin sayı: 1 366 mln
2050-ci il üçün proqnoz: 1 639 mln
2100-cü il üçün proqnoz: 1 450  mln
Hindistan əhalisinin sayına görə Çindən sonra dünyada ikinci yeri tutur. Hindistanlıların, demək olar, 70%-i kənd ərazilərində yaşayır, lakin son onilliklərdə böyük şəhərlərə miqrasiya şəhər əhalisinin sayının artmasına gətirib çıxarır.
Hindistanın ən böyük şəhərləri Mumbay, Dehli, Kəlküttə, Çennay, Banqalor, Heydərabad və Əhmədabaddır.
3. ABŞ
2019-cu il üçün əhalisinin sayı: 329 mln
2050-ci il üçün proqnoz: 379 mln
2100-cü il üçün proqnoz: 434 mln
ABŞ əhalisi müxtəlif irqlərdən ibarətdir. Havaydan başqa bütün bölgələrdə avropoid irq (Birləşmiş Krallıq, İrlandiya və digər Avropa ölkələrindən gələnlər) üstünlük təşkil edir.
4. İndoneziya
2019-cu il üçün əhalisinin sayı: 271 mln
2050-ci il üçün proqnoz: 331 mln
2100-cü il üçün proqnoz: 321 mln
İndoneziyanın bütün müstəqil inkişaf dövrü müddətində əhalisinin sayında yüksək artım müşahidə olunub. Qeyd edək ki, ölkə əhalisinin sayı 1980-ci illərdə ailə planlaşdırılması üzrə dövlət proqramının tətbiqi nəticəsində nisbətən azalmışdı.
BMT-nin proqnozuna əsasən, yaxın onilliklərdə İndoneziya əhalisinin artım sürəti get-gedə zəifləyəcək, 2055-ci ildən başlayaraq isə əhalinin sayı azalmağa başlayacaq.
5. Pakistan
2019-cu il üçün əhalisinin sayı: 217 mln
2050-ci il üçün proqnoz: 338 mln
2100-cü il üçün proqnoz: 403 mln
Əhalinin əsas hissəsi Hind çayının vadisində yaşayır. Pakistanın ən iri şəhərləri (Kəraçi, Lahor, Ravalpindi və s.) ölkənin şərqində yerləşir. Şəhər sakinləri 36,38% təşkil edir.
BMT-nin proqnozlarına əsasən, Pakistan dünyanın ən çox əhalisi olan ölkələrinin reytinqində həm 2050-ci, həm də 2100-cü ildə 5-ci pillədə qalacaq.
6. Braziliya
2019-cu il üçün əhalisinin sayı: 211 mln
2050-ci il üçün proqnoz: 229 mln
2100-cü il üçün proqnoz: 181 mln
Ölkə mədəniyyətinə sabiq metropoliya Portuqaliyanın böyük təsiri olub. Braziliyanın rəsmi və demək olar, yeganə danışıq dili portuqal dilidir.
BMT-nin proqnozlarına əsasən, Braziliya əhali sayına görə 7-ci pilləyə enəcək, 2100-cü ildə isə ilk onluqdan kənarda qalacaq.
7. Nigeriya
2019-cu il üçün əhalisinin sayı: 201 mln
2050-ci il üçün proqnoz: 401 mln
2100-cü il üçün proqnoz: 733 mln
Nigeriya qitədə ərazisinə görə 14-cü yerdə olsa da, Afrikanın əhali sayı üzrə ən iri (dünyada isə 7-ci pillədə) ölkəsidir. Lakin BMT bildirir ki, artıq 2050-ci ildə Nigeriya dünyada əhali sayına görə 3-cü pillədə qərarlaşacaq. 2100-cü ildə də öz yerini heç kimə verməyəcək.
8. Banqladeş
2019-cu il üçün əhalisinin sayı: 163 mln
2050-ci il üçün proqnoz: 193 mln
2100-cü il üçün proqnoz: 151 mln
Ölkə əhalisinin 46,4%-ni 25 yaşadək olan gənclər təşkil edir və yalnız 6,4%-i 65 yaşdan yuxarı olanlardır. 2018-ci ildə orta həyat müddəti 74 yaş olub.
BMT-nin proqnozlarına əsasən, 2050-ci ildə Banqladeş dünyanın ən çox əhalisi olan ölkələri reytinqində 10-cu pilləyə düşəcək. 2100-cu ildə isə ölkə ilk onluqdan kənarda qalacaq.
9. Rusiya
2019-cu il üçün əhalisinin sayı: 146 mln
2050-ci il üçün proqnoz: 136 mln
Ölkə əhalisinin 78%-i Rusiya ərazisinin 25%-dən də az bir hissəsini təşkil edən Avropa hissəsində yaşayır. Federasiyanın subyektləri arasında ən çox əhali sıxlığı Moskva, ən az isə Çukotda qeydə alınıb.
10. Meksika
2019-cu il üçün əhalisinin sayı: 128 mln
2050-ci il üçün proqnoz: 155 mln
Ölkənin müasir etnik tərkibi üç əsas qrupdan – avropalı, yerli hindli və afrikalılardan ibarətdir. Statistikaya əsasən, Meksikanın 40%-i beş ştatda: Mexikoda (14 mln), Federal Dairədə (8,7 mln), Verakrusda (7,1 mln), Xaliskoda (6,6 mln) və Pueblada (5,4 mln) cəmlənib.
Mənbə: oxu.az

  DİGƏR XƏBƏRLƏR