3 yaşlı Zəhra tapıldı – Açıqlama

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə polisin intensiv axtarışları nəticəsində tapılıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi Elşad Hacızadə məlumat verib.

Zəhranın dayısı Əminağa Hüseynov News24.az-a bildirib ki, Zəhra “Neftçilər” metro stansiyası ərazisindən tapılıb.

Polislər uşağı atasına təhvil veriblər.

Hazırda hadisənin təfərrüatı öyrənilir.

  DİGƏR XƏBƏRLƏR