ABŞ dronunun vurulma anı

İran ordusu Hörmüz boğazı üzərində hədəfə alınan ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulma anının görüntülərini yayımlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, görüntülər İran Dövlət Televiziyasının sosial media hesabında paylaşılıb.

Xatırladaq ki, hadisə iyunun 19-u saat təxminən 23:35-də baş verib.

Sözügedən BAMS-D dronu RQ-4A Global Hawk High-Altitude, Long, Endurance (HALE) pilotsuz hava vasitələri sisteminə aiddir. Bu dronlar okean və sahil ərazilərində real-vaxt rejimində kəşfiyyat missiyalarını həyata keçirmək üçün istifadə olunur.

Görüntüləri təqdim edirik:

  DİGƏR XƏBƏRLƏR