ABŞ “F-22” qırıcı təyyarələrini Qətərdə yerləşdirdi

ABŞ “F-22” qırıcı təyyarələrini Qətərə göndərib.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, beşinci nəsil “F-22″lər bir neçə min ABŞ hərbçisinin xidmət göstərdiyi Əl Ubeyd hərbi bazasında yerləşdirilib. Təyyarələrin sayı barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ-ın bu addımı İranla yaranan gərginliyə görə atılıb və Yaxın Şərqdə yerləşən qüvvələrin təhlükəsizliyi ilə əlaqələndirilir.

  DİGƏR XƏBƏRLƏR