ABŞ Oman Körfəzində tankerlərə hücuma görə İranı ittiham etdi

İran hakimiyyəti Oman Körfəzindəki iki tankerə edilən hücuma görə məsuliyyət daşıyır.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib.

M.Pompeo birmənalı şəkildə bəyan edib: “ABŞ hökuməti hesab edir ki, İran İslam Respublikası Oman Körfəzindəki budəfəki hücumlara görə məsuliyyət daşıyır”.

Xatırladaq ki, iyunun 13-də Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Bəzi məlumatlara görə, gəmilərdə baş verən partlayışlar və yanğının səbəbi torpeda hücumudur. Ancaq bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.

Zərər çəkmiş gəmilərin bütün ekipajı İran ərazisinə təxliyə edilib.

  DİGƏR XƏBƏRLƏR