Amerika Kubokunun bütün finalçıları məlum olub

Braziliyada keçirilən Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.

“Report” xəbər verir ki, turnirin ¼ final mərhələsinə aşağıdakı komandalar vəsiqə qazanıb:

Braziliya – Paraqvay (28 iyun)

Venesuela – Argentina (28 iyun)

Kolumbiya – Çili (29 iyun)

Uruqvay – Peru (29 iyun)

Turnirin yarımfinal mərhələsində birinci cütün qalibi ikincinin, üçüncü cütün qalibi isə dördüncünün qalibi ilə qarşılaşacaq.

Amerika Kubokunun final matçı iyunun 7-də Rio-de-Janeyronun “Marakana” stadionunda keçiriləcək.

Kubokun hazırkı qalibi 2016-cı ildə finalda Argentinanı məğlub edən Çili yığmasıdır.

  DİGƏR XƏBƏRLƏR