Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il də uzadıb.

Modern.az xəbər verir ki, Ukraynanın Krım və Sevastopol şəhərlərinin ilhaqına görə Rusiyaya tətbiq edilən sanksiyalar gələn il iyunun 23-dək qüvvədə olacaq.

Məhdudiyyətlər Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən hüquqi şəxslərə və şirkətlərə tətbiq edilir.

Xatırladaq ki, Aİ Rusiyaya qarşı ilk sanksiyanı 2014-cü ilin martında tətbiq edib

  DİGƏR XƏBƏRLƏR