Azərbaycan millisi Macarıstana qarşı

Bu gün futbol üzrə AVRO-2020 seçmə mərhələsində Azərbaycan milli komandası növbəti oyununa çıxacaq.

Modern.az xəbər verir ki, milli komandamız Bakıdakı “Bakcell Arena” stadionunda  Macarıstan yığmasını qəbul edəcək. Qarşılaşmanı Kevin Blomun başçılıq etdiyi hollandiyalı hakimlər idarə edəcək.

Bu milli komandanın E qrupunda ikinci, macarların isə üçüncü oyunu olacaq. Qonaqlar ilk matçda səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub. Növbəti oyununda isə Xorvatiyaya qalib gəlib – 2:1.

Xorvat baş məşqçi Nikola Yurçeviçin rəhbərlik Azərbaycan milli komandası isə ilk qarşılaşmada səfərdə Xorvatiyaya məğlub olub – 1:2.

Qrupun digər matçında Xorvatiya Uelsi qəbul edəcək. Azərbaycan millisi bu oyundan 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.

Azərbaycan – Macarıstan oyunu saat 20.00-da başlayacaq.

E qrupu

 

17:00. Xorvatiya – Uels

20:00. Azərbaycan – Macarıstan

1. Slovakiya 2 1 0 1 2:1 3
2. Uels 1 1 0 0 1:0 3
3. Macarıstan 2 1 0 1 2:3 3
4. Xorvatiya 2 1 0 1 3:3 3
5. Azərbayycan 1 0 0 1 1:2 0

  DİGƏR XƏBƏRLƏR