Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdılar

Bu gün günorta saatlarında paytaxtda dəhşətli intihar hadisəsi baş verib.

Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində ana və onun 18 yaşlı qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıblar. Şahidlərin sözlərinə görə, əvvəlcə qız, ardınca da ana intihar edib. Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı təcili yardıma 12:28-də çağırış olub. Amma həkiməqədər ölüm baş verib.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR