Bakıda məşhur istirahət mərkəzlərinin sahibləri cərimələndi – SİYAHI

Şıx çimərliyi ərazisində fəaliyyət göstərən “1001 gecə”, “Eldorado”, “Aqua Park” və “Dostluq” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatına görə, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4000 manat məbləğində cərimə edilib.

Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi  olan  “məcburi göstəriş”lər verilib. “Məcburi göstəriş”lərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.

  DİGƏR XƏBƏRLƏR