Bakıda ofisdən 200 minlik oğurluq olub

Ötən ilin dekabrından bu il mayın 30-dək olan müddətdə Binəqədi rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən 200000 manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlanıb.

Minval.info” DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Ə.Əliyev saxlanılıb.

  DİGƏR XƏBƏRLƏR