Bill Qeytsin 400 milyard dollarlıq SƏHVİ NƏDİR?

96 milyard dollar sərvəti ilə dünyanın ən varlı ikinci şəxsi olan Bill Qeyts peşə həyatında yol verdiyi böyük səhvi açıqlayıb.

Türkiyənin NTV televiziyasının məlumatına görə, Microsoft şirkətinin yaradıcısı bildirib ki, “Android” proqramının “Google” şirkəti tərəfindən istifadəyə verilməsi onun ən böyük səhvi olub. Milyarderin sözlərinə görə, rəhbəri olduğu şirkət “Andoid” proqramını istifadəyə vermək üçün israr etməyib. Qeyts “Andoid” proqramının dəyərinin 400 milyard dollar olduğunu bildirib.

/Redaktor.az

  DİGƏR XƏBƏRLƏR