BMT: “Dünyada 2 milyard insan içməli sudan məhrumdur”

BMT-yə bağlı Ümumdünya səhiyyə təşkilatı (ÜST) və Uşaq Fondu (YUNİSEF) dünya birliyini infeksiya xəstəlikləri ilə effektiv şəkildə mübarizə aparmaq üçün su təchizatı, sanitariya və gigiyena xidmətinin inkişafına daha çox sərmayə yatırmağa çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində açıqlanan hesabatda 2,2 milyard insanın təmiz içməli suya, 4,2 milyard şəxsin zəruri həddə sanitar xidmətə, 3 milyardın isə ev şəraitində əllərini sabunla yumaq imkanına malik olmadığı göstərilib.

ÜST və YUNİSEF birlikdə içməli su və sanitariya ilə bağlı olaraq “Minillik inkişaf məqsədlərinin yerinə yetirilməsi” adlı proqramın monitorinqini aparırlar. Yeni hesabatda bu sahədə bir sıra irəliləyişlərin olduğu qeyd edilsə də “xidmətlərin çatdırılması keyfiyyətində böyük boşluqların qaldığı” bildirilir.

Sənədə əsasən, 2000-ci ildən etibarən yalnız 1,8 milyard insan su təchizatı, 2 milyard isə sanitar xidmətləridən istifadə edə bilir. Bununla birlikdə qlobal səviyyədə bu sahədə qeyri-bərabərlik hökm sürür.

Belə ki, BMT-nin hesablamalarına görə, 785 milyon insan su təchizatı sahəsinin zəruri imkanlarına malik deyil, 144 milyon isə yoluxucu xəstəliklər daşıması səbəbindən təhlükəli sayılan çay və göllərdən su içməyə məcburdur.

Hesabatda hər il 5 yaşa qədər olan 279 uşağın sanitariya və gigiyenanın çatışmazlığı ucmatından diareya xəstəliyindən öldüyü göstərilib.

  DİGƏR XƏBƏRLƏR