BMT: Hindistan əhalisinin sayı Çini keçəcək

Hindistan 2027-ci ildən etibarən əhali sayına görə Çini geridə qoyacaq.
Qaynarinfo xəbər verir ki, BMT-nin hesabatına görə, dünya əhalisinin 38%-ini təşkil edən Çin və Hindistanda hazırda müvafiq olaraq 1,43 və 1,37 milyon insan yaşayır. Çin əhalisinin sayı ölüm hallarının artması səbəbilə 2019-2050-ci illərdə 31,4 milyon azalacaq. 2050-ci ilə qədər dünya əhalisinin sayı 9,7 milyarda, əsrin sonunca isə 11 milyarda çatacaq.
Növbəti 30 il ərzində Nigeriya əhalisi 733 milyona qədər artaraq 3-cü sırada qərarlaşacaq. ABŞ 434 milyonla 4-cü, Pakistan 404 milyonla 5-ci sırada yer alacaq.
Ümumilikdə növbəti on illiklərdə Hindistan, Nigeriya, Pakistan, Demokratik Konqo Respublikası, Efiopiya, Tanzaniya, İndoneziya, Misir və ABŞ əhalisinin sayında ciddi artım proqnozlaşdırılır.

  DİGƏR XƏBƏRLƏR