Bu gün Millətlər Liqasının ikinci yarımfinal görüşü olacaq

Bu gün UEFA-nın Millətlər Liqasının ikinci yarımfinal matçı keçiriləcək.

Oxu.Az bildirir ki, finala vəsiqə uğrunda İngiltərə və Niderland komandaları mübarizə aparacaqlar.

UEFA-nın Millətlər Liqası

A Liqası, 1/2 final

22:45. Hollandiya – İngiltərə

Baş hakim: Kleman Turpen  (Fransa)

Xatırladaq ki, birinci yarımfinal matçında Portuqaliya yığması ilə İsveçrənin milli komandası görüşmüşdü. Portuqaliyalılar 3:1 hesabı ilə qələbə qazanmışdılar.

  DİGƏR XƏBƏRLƏR