Bu gün TV və radio işləməyəcək – 9 saat

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.
Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan başlayıb və saat 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.
Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da keçiriləcək.

  DİGƏR XƏBƏRLƏR