Cəmiyyətdə yalan danışanların sayı niyə artıb?

Bu yalanlara inanmayın…

Son zamanlar mediada, cəmiyyətdə yalan danışanların sayı artır. İnsanlar yalanı az qala gündəlik norma kimi qəbul edir, həyatın vacib atributu sayırlar. Yalan xəbərlər də sağımızı-solumuzu bürüyüb.

Yalanlar sosial şəbəkədən yayılır

Nyu-York və Princeton Universitetləri tərəfindən həyata keçirilən yeni bir araşdırma nəticəsində müəyyən edilib ki, 65 yaşdan böyük sosial media istifadəçiləri hər kəsdən daha artıq yalan xəbər paylaşır. “Yeni Müsavat” yazır ki, günümüzdə əksəriyyət sutkanın fərqli saatlarında sosial mediada vaxt keçirir, paylaşmalara göz atır, xəbər oxuyur, bəzən də paylaşır. Amma paylaşdığımız xəbərlərin nə qədəri həqiqətləri əks etdirir? Sosial media platformaları üzərindən bir çox xəbər sürətlə yayıla bilir. Bu xəbərlər arasında ictimai rəyi yönləndirməyə hesablanmış, həqiqəti əks etdirməyənlər də var və onların nəticələri yaxşı olmur.

Yaşlı adamlar daha çox yalan xəbər yayırlar

Araşdırmaya görə, 65 yaşdan yaşlı olan sosial media istifadəçilərinin paylaşdığı saxta xəbərlər daha çoxdur. Bunun səbəbləri arasında yaşlı insanların gənc insanlarla müqayisədə sosial media platformalarına çox da hakim olmamaları, o çevrəni yaxşı tanımamaları göstərilir.

Digər tərəfdən, həyata keçirilən saxta xəbər paylaşımlarının başqa insanlara və dolayısı ilə onların tərcihlərinə, seçimlərinə də birbaşa təsir etdiyi göstərilir. Buna göstərilən sübutlardan biri olaraq da 2016-cı ildə Amerikanın prezidentlik seçkiləri və Trampın sürpriz zəfəri göstərilir.

Yalan danışanların xüsusi əlamətləri var. Psixoloqlar onu belə müəyyənləşdiriblər:

Yerə və yaxud düz gözlərin içinə istiqamətlənmiş baxış.

Uzun ifadələrdən ibarət nitq

Jest və pozalar

Əlavə təfərrüatlar.

Ən yaxşı müdafiə – hücumdur.

Gözlərin hərəkəti.

Bunlar yalandır – inanmayın!

Yeri gəlmişkən, bu günə qədər insan sağlamlığı ilə bağlı bildiyimiz, daha doğrusu, bildiyimizi zənn etdiyimiz bəzi gerçəklər əslində yalan imiş. Daha doğrusu, reallıq payı az imiş.

Gerçək sandığımız bu yalanlar hansılardır?

Gecə gec saatlarda yemək yemək çəki artımına səbəb olur. Əslində isə əgər siz gün ərzində yediyiniz yeməklərlə bənzər kalorilərdə və növdə yemək yeyirsinizsə, çəkiniz artmaz. Amma xırda-xuruş yeməklərlə qarnınızı doyuzdurmağa çalışsanız, təbii ki, çəki alacaqsınız.

Burun qanamasını dayandırmaq üçün başınızı geri atmalısınız. Reallıq isə budur ki, bunun tərsini etməlisiniz. Burun qanayanda başı qabağa doğru əyməli və qanın fışqırmasının qarşısını almaq üçün burun kəmərlərindən xəfifcə basdırmalısınız. Bu zaman da ağzınızdan nəfəs almalısınız.

Bəzi yeməklər cinsi arzunu artırır. Qidalar sizə güclü cinsi arzu hiss etdirəcək qədər fiziki reaksiyaya səbəb olmaz. Sadəcə, psixoloji xatırladıcı funksiyası ola bilər.

Ä°lgili resim

Ülgücdən istifadə etmək tüklərin daha qalın çıxmasına səbəb olur. Ülgücdən istifadə edən zaman tükü müəyyən bucaq altında kəsirsiniz. Bu səbəbdən daha qalın görünə bilər, amma qalınlaşmaz.

İlıq süd daha rahat yatmanıza səbəb ola bilər. Doğrudur, südün tərkibində serotonin ifraz edən triptofan amino asitin mövcuddur. Bu da daha yaxşı bir yuxu gözləntisi yaradır. Amma bu mövzu ilə bağlı əldə yetərli qədər sübut yoxdur.

Toksinlərinizi tərlə ata bilərsiniz. Tər su, sodium, xlor və potasiumdan ibarətdir. Tərlə bədəndən ancaq kiçik miqdarda toksin ata bilərsiniz.

Yaş saçla bayıra çıxsanız, xəstə olarsınız. Xəstələnməyinizin tək səbəbi yaş saçlar ola bilməz. Əgər qripə yoluxursuzsa, bu, o deməkdir ki, virusa yoluxmusunuz.

Sadəcə, beş duyumunuz var. Beş duyumumuzdan əlavə, bir çox duyumumuz var. Bunlardan biri de “equilibrioception”, yəni müvazinətdir.

Yaranı gecə açıq qoymaq ən doğrusudur. Açıq yaranı gecə hava alsın deyə açıq tutmaq onu quru atmosferlə təmasda saxlayaraq, hüceyrə ölümünə səbəb ola bilər.

Asqırdığınız zaman ürəyiniz bir saniyəlik də olsa dayanır. Ürəyinizin atış sürəti gülərkən və öskürərkən də yavaşlaya bilər.

Qızdırmanız yoxdursa, xəstəlik yoluxucu deyil. Qızdırmanın qalxması xəstə olmanızın və ya bunun yoluxucu olmasının etibarlı sübutlarından biridir. Amma qızdırma olmadan da xəstəliyinizi yoluxucu vəziyyətə gətirən bir çox şey var.

Udulan saqqız mədəyə yapışır. Xeyr, yapışmaz. Bədəninizdəki digər şeylər kimi bir-iki gün ərzində o da kənarlaşır.

Oyanmaq üçün soyuq bir duş vacibdir. Əslində isə duş almaq enerji verə bilər. Amma bu qan axınındakı artımı və əgər varsa qandakı alkoqolun miqdarını azaltmaqdan başqa bir işə yaramaz.

Beyin gücümüzün yalnızca 10 faizindən istifadə edirik. Biz beyin gücümüzün hamısından istifadə edirik.

Sarı dişlər gigiyena kifayətsizliyinin göstəricisidir. Rəng dəyişikliyi çox yaxşı baxılan dişlərdə də meydana gələ bilər. Uşaq vaxtı keçirdiyimiz qızdırma, 8 yaşından öncə ‘antibiotik tetrasiklin’dən istifadə etmək kimi bir çox səbəblər saya bilərik. Bu məsələdə genlər də öz sözünü deyir.

Oksigensiz qalanda qanınız mavi rəngdə olur.

İnsan qanı damarın içində də, xaricində də qırmızıdır. Damarlarınız dərinizdə əks olunanda mavi görünə bilər, amma içindəki qan qırmızı rəngdədir.

Oksigenli su yaranı təmizləyir. Əslində isə oksigenli su bakteryaları öldürərək yaranı daha pis hala gətirə bilər. Yaranı sabun və su ilə yuyun.

Stress yüksək təzyiqin başlıca səbəbidir. Xroniki yüksək təzyiq daha çox qidalanma, idman və siqaretlə bağlıdır. Təbii ki, xroniki stress də ürəyiniz üçün zərərli ola biləcəyindən daim stressə məruz qalırsınızsa, buna bir çıxış yolu tapmalısınız.

Çəki almanızın səbəbi metabolizmanızın yavaş olmasıdır.

Metabolizma və çəki arasında əskiksiz bir münasibət yoxdur. Həqiqət budur ki, çox arıq insanlar əsasən yavaş metabolizmaya sahibdir. Çünki kalori yandırmaq üçün daha az əzələ kütləsinə sahibdir.

Qızdırmanız olanda yemək yeməməlisiniz. Belə etsəniz, bədənin temperaturu lazımi qədər enerjisi olmadan mübarizə aparmasına yol açmış olacaqsınız.

Sevinc TELMANQIZI
“Yeni Müsavat”

  DİGƏR XƏBƏRLƏR