Erməni idmançını məğlub edib ağlayan Mehmanın videosu rekord qırır – VİDEO

İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb. 

Mehman Xəlilov (57 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəldi və erməni idmançı ilə qarşılaşdı.

Finalda Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradan Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub.

Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib.

Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb.

  DİGƏR XƏBƏRLƏR