Evli iş adamı ilə sevgili olduğu deyilən Aysel ilk dəfə danışdı – “Milyardı var…”

Bir müddət əvvəl evli iş adamıyla adı hallanan müğənni Aysel Əlizadə ilk dəfə bu haqda danışıb.
AzNews.az xəbər verir ki, müğənni “ATV maqazin onlarla” verilişində “Onlarla üç dəqiqə” rubrikasının qonağı olub. O, muxbirin “Kiminsə sevgilisini əlindən almısan?” sualına “Mən o qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlindən almağa çalışmasınlar” deyə cavab verib.
İfaçı “Sənə qarşı edilən ittihamları eşidəndə hansı hissləri yaşayırsan?” sualına isə belə cavab verib:
“İnsanlar bilib-bilmədən danışanda təbii ki, bu, məni incidir. Tanımadığımız insan haqda desinlər ki, filankəs-filankəsi öldürdü. O dəqiqə başlayacaqlar. Siz onu tanıyırsınız? Siz bilirsiniz ki, o kimdir? Həqiqət deyilən bir şey var. Mənim haqqımda da kimsə nahaq bir şey danışanda məyus oluram. Haqqımda o sözlərin deyilməsini istəmirəm. Amma artıq deyilibsə, günahlarımdan yuyurlar. Bilmirəm, o qədər günahım var, ya yoxdu? Mənə kim pislik edirsə, o insanı Allaha tapşırıram”.
Aysel iş adamı tərəfindən “Porche” hədiyyə edilməsinə də münasibət bildirib:
“Yeddi ildir ki, eyni avtomobili idarə edirəm. Özüm-özümə hədiyyə etmişəm”.
Sənətçi “Ayselin sevə biləcəyi insan necə olmalıdır?” sualına isə özünəməxsus cavab verib: “Deyirlər ki, filankəsin milyardı var, mən onunla sevgili olum, ərə gedim. Amma münasibətdə sevgi yoxdur. Heç zaman qızıl qəfəsdə qan qusmağın tərəfində olmamışam.
Qəlbimlə xoşbəxt olan insanam. Ailə quracağım insan, özümün yaşadığım şəraitdə yaşada bilsin ki, evdə uşağıma vaxt ayıra bilim. İmkanı aşağı olan insan mənimlə necə yaşaya bilər? Onsuz da əziyyətlə qazanmışam. Nə olar ki, bir az da rahat yaşayım”.
Qeyd edək ki, bir müddət əvvəl Turanə Nəcəfova adlı xanım Aysel Əlizadəni ailəsini dağıtmaqda ittiham etmişdi. O, 13 illik həyat yoldaşı, iş adamı Elçin Nəcəfovun ifaçı ilə sevgili olduğunu iddia etmişdi.

  DİGƏR XƏBƏRLƏR