Freddi Merkurinin daha öncə eşidilməmiş mahnısı yayımlandı

Əfsanəvi rok qrupu “Queen”nin solisti Freddi Merkurinin “Time Waits For No One” (Zaman heç kim üçün gözləmir) adlı mahnısının daha əvvəl eşidilməmiş bir versiyası “BBC” radiosunda yayımlanıb.

Primetime.az xəbər verir ki, mahnı 1986-cı ildə təqdim edilən “Time” (Zaman) musiqili teatrının soundtreki olub.

Belə ki, o dövrdə yayımlanan versiyada Merkurinin səsi çox sayda vokalist ilə birlikdə eşidilirdi. Lakin mahnının daha öncə piano ilə qeyd edilmiş versiyası yeni gün üzünə çıxıb.

  DİGƏR XƏBƏRLƏR