Gələn il G20 qrupuna Səudiyyə Ərəbistanı sədrlik edəcək

Gələn il G20 qrupuna sədrlik edəcək Səudiyyə Ərəbistanı sədrlik müddətindəki prioritetləri açıqlayıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu barədə Osakada keçirilən G20 sammitinin bağlanış görüşündə danışıb.

Bu ilin dekabrında sədrliyin Səudiyyə Ərəbistanına keçəcəyini xatırladan Məhəmməd bin Salman ərzaq təhlükəsizliyinin təminatı, enerji və su mənbələrindən istifadə, infrastrukturun qurulması və insan resurslarına investisyaların qoyulmasının diqqət mərkəzində olacağını deyib.

  DİGƏR XƏBƏRLƏR