Gürcüstanın səhiyyə naziri istefa verib

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifəsindən istefa verib.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, bunu o, özü jurnalistlərə bildirib.

Nazir istefası barədə qərarın məsləhətləşmələrdən sonra qəbul olunduğunu deyib.

D.Sergeeno istefasına baxmayaraq, hakim komandanın sıralarında qalacağını qeyd edib.

Qeyd edək ki, D.Sergeenko 2012-ci ilin oktyabrından səhiyyə naziri idi.

  DİGƏR XƏBƏRLƏR