“Heç kim dənizə görə pul ala bilməz” – Video

Bakı Şəhər İcra hakimiyyəti paytaxt çimərliklərində reydlərə davam edir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün qurumum Ticarət və Xidmət Departamentinin məsul şəxsləri mətbuat nümayəndələrinin iştirakı ilə Hövsan, Türkan, Zirə və Mərdəkan çimərliklərinə baxış keçiriblər.

Reyd zamanı bir sıra çimərliklərdə əraziyə girişi məhdudlaşdıran şlaqbaumlar götürülüb. Sahilə girişin ödənişli olub-olmaması yoxlanılıb.

Departamentinin baş məsləhətçisi Bayram Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, istirahət mərkəzlərinə baxış zamanı bir sıra nöqsanlar aşkar edilib: “Bəzi çimərliklərdə dənizdən istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. Çimərliklərdən istifadə üçün hər hansı ödəniş tələb etmək qadağandır. Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Çimərliklərə nəzarət və xidmət növündə nöqsan aşkar edilərsə 3 gün nəzarət edilir. Əgər nöqsan aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Artıq 10 gündür monitorinqlər aparılır. Aşkar edilən bir sıra nöqsanlar aradan qaldırılıb. Türkan, Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə ora təkrar baxış keçiriləcək”.

BŞİH rəsmiləri bildirib ki, belə reydlər növbəti günlərdə də davam etdiriləcək.

  DİGƏR XƏBƏRLƏR