“Mançester Yunayted” futbolçusunu 84 milyon avroya satır

İngiltərənini “Mançester Yunayted” klubunun futbolçusu Romelu Lukaku İtaliya “İnter”i ilə şəxsi müqaviləsini razılaşdırıb.

“Report”un “The Sun”a istinadən verdiyi məlumata görə, transfer baş tutacağı təqdirdə, 26 yaşlı hücumçu həftəsinə 180 min funt sterlinq qazanacaq. Bildirilir ki, belçikalı forvard “Mançester Yunayted” rəhbərliyi ilə görüşüb və 75 milyon funt sterlinq (84 milyon avro) qarşılığına başqa kluba satılacağına dair təminat alandan sonra “İnter”lə danışıq aparıb.

Qeyd edək ki, “Mançester Yunayted” Lukakunu 2017-ci ilin yayında “Everton”dan 90 milyon funt sterlinqə alıb. Onun klubu ilə 30 iyun 2022-ci ilə qədər müqaviləsi var.

  DİGƏR XƏBƏRLƏR