“Minsk-2019”: Azərbaycan daha bir medal qazandı

Azərbaycan karateçisi Roman Heydərov Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
Qaynarinfo xəbər verir ki, kata nüvündə mübarizə aparan idmançı Almaniya təmsilçisi İlya Smorgunerlə üz-üzə gəlib.
Dueldən qalib ayrılan (25.46 – 24.54) Azərbaycan təmsilçisi Avropa Oyunlarının bürünc medalını qazanıb.
Qeyd edək ki, bu, hazırda Azərbaycan yığmasının “Minsk 2019″da 21-ci medalıdı. Komandanın aktivində 3 qızıl, 6 gümüş və 12 bürünc medal var.

  DİGƏR XƏBƏRLƏR