Misir Mərdanovun qardaşı yeni vəzifəyə təyin olundu

Şabranın keçmiş polis rəisi Əli Mərdanov “Azərişıq” ASC-də vəzifəyə təyin olunub.
“Qafqaz Xəbər” qəzeti APA-ya istinadən xəbər verir ki, Ə.Mərdanov “Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Ə.Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.

  DİGƏR XƏBƏRLƏR