Putin liderlərlə şam yeməyinə termosu ilə getdi

G20 sammitində iştirak etmək üçün Yaponiyada olan Rusiya prezidenti Vladimir Putin dünya liderləri ilə şam yeməyinə öz termosu ilə gedib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Yaponiya prezidenti Sindzo Abenin nitqindən sonra Putin bardaq-termosunu açaraq ondan çay içməyə başlayıb. Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında onun həmişə çayı termosdan içdiyini deyib.

Xatırladaq ki, qeyd edilən termos Putinin iyunun 20-də “Birbaşa efir”ində də stolunun üstündə olub.

 

  DİGƏR XƏBƏRLƏR