“Putin yaxşı oğlandır”

ABŞ prezidenti Donald Tramp Yaponiyada keçirilən G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşündən danışıb.

“Qafqazinfo”  “vesti.ru”ya istinadən xəbər verir ki, Tramp Rusiya prezidentini bütün rəsmi görüşlərdə və səfərlərdə müşayiət edən jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən Osakada Putinlə bir araya gəlməkdən məmnunluğunu ifadə edib: “Məncə, Putin yaxşı oğlandır. Hesab edirəm ki, əla görüş oldu”.

ABŞ lideri onu da qeyd edib ki, həmkarı ilə ticarət sahəsini müzakirə etməyə başlayıblar və çox şey əldə ediblər.

  DİGƏR XƏBƏRLƏR