Quşüzümünün orqanizmə 10 faydası – Ürək, böyrəklər, beyin və sinirlər

Quşüzümü artıq bazarlarda mövsümü olan giləmeyvədir. Tərkibində C, E, PP vitaminləri, flavonoidlər, kversetin, kalium, kalsium, dəmirlə zəngindir.
“Qafqaz Xəbər” qəzeti medicina.az-a istinadən bu maraqlı giləmeyvənin orqanizmimizə 10 əsas faydasını təqdim edir. Hansı xəstəliyi olanlar quşüzümünün özünü, kompotunu, qurusunu və mürəbbəsini daha çox istifadə etməlidir?
1.Oynaqlarda iltihabı götürür, revmatizm, artrit, artroz – tərkibində olan kversetin oynaqlarda iltihablaşmanı aradan qaldırır, azaldır və hərəkətliliyi artırır.
2.Ürək -damar xəstəliklərində – triqliseridlərin səviyyəsini azaldır, ürək əzələsini rahatladır, damarları təmizləyir, qan dövranını yaxşılaşdırır. Bununla da insult-infarkt riskini azaldır.
3.Şəkərli diabet – qanda qlükozanın səviyyəsini endirir, hüceyrələri canlı saxlayır, diabetin digər orqanlara, damarlara zərbəsini azaldır
4.Qaraciyər yağlanmasında – qaraciyərdə piy, yağ toplanmasına, alkoqol mənşəli olmayan qaraciyər xəstəliklərinə qarşıdır
5.Beyin hüceyrələrini  qoruyur – quşüzümü beyin üçün antioksidantdır. Beynin işləməsini təmin edir, yaddaşı, diqqəti gücləndirir. Qocalıq demensiyası, huşsuzluq, Alsgeymer xəstəliyinə qarşıdır
6.Gözləri sağlamlaşdırır – torlu qişanın sərbəst radikallardan zədələnməsinin qarşısını alır, göz yorğunluğunu götürür
7.Bağırsaqları sağlamlaşdırır – qəbizlik, diareya, köpə qarşıdır.  Faydalı bağırsaq bakteriylarını artırır
8.Böyrəklərin iltihabına qarşı – Böyrək və sidik yollarında infeksiyaları öldürür, daş, qum, kristalı tökür, iltihabı aradan qaldırır. Sidik kisəsi sistitində əvəzsizdir. Təbii sidikqovucudur
9.Kişilərdə cinsi zəiflik – impotensiyaya qarşıdır
10. Süd vəzi, bağırsaq və uşaqlıq xərçənginə qarşı – tərkibindəki zülal və birləşmələe bu orqanlarda xərçəng hüceyrələrinin inkişafını azaldır, şişlərin böyüməsinə qarşıdır
Hamilələr də qəbul edə bilər, çox faydalıdır.

  DİGƏR XƏBƏRLƏR