Rusiyanın bir şəhəri su altında qaldı: əhali evakuasiya olunur

Rusiyanın İrkutsk vilayətinin Tulun şəhərinə yağan aramsız yağışlar nəticəsində şəhəri sel basıb.
Qaynarinfo xəbər verir ki, artıq şəhərin əhalisinin evakuasiyasına başlanılıb.
Yağıntının bu tempdə davam edəcəyi təqdirdə, şəhər bütünlüklə su altında qalacaq və yer üzündən silinəcəyi bildirilir.
Rusiya FHN-in yerli şöbəsinin verdiyi xəbər görə, fəlakətə səbəb şəhər kənarından axan İy çayının səviyyəsinin 9 metr 46 santimetr qalxması olub. Artıq 30 ev bütünlüklə suyun altındadır. Sel nəticəsində 86 yaşlı kişi, 8 yaşlı uşaq həyatını itirib. Onların meyitini tapmaq mümkün olmayıb.

  DİGƏR XƏBƏRLƏR