Terrorçuların liderləri ələ keçirildi: Dünyanı sarsıdan görüntülər – VİDEO

Səudiyyə Ərəbistanın xüsusi təyinatlı qüvvələri Yəməndə İŞİD terror təşkilatının liderlərini ələ keçirib.

Bu haqda Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA bildirib.

Ələ keçirilən terrorçular arasında İŞİD-in Yəmən qolunun lideri Əbu Osama əl-Muhacir, həmçinin təşkilatın maliyyə işləri üçün məsul şəxsin olduğu bildirilir.

Terrorçuların iyun ayının 3-də tutulduğu, görüntülərin isə yalnız indi dərc edildiyi deyilir. Agentliyin məlumatına görə, əməliyyat zamanı çoxlu silah, döyüş sursatı və telekommunikasiya avadanlıqları ələ keçirilib./Publika.az

 

  DİGƏR XƏBƏRLƏR