Tokayev and içdi və prezidentliyə başladı

Qazaxıstanın yeni seçilən prezidenti Qasım-Jomart Tokayev and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.

“Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyimə, konstitusiya və qanunlarına ciddi şəkildə əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarını təmi edəcəyimə təntənəli şəkildə and içirəm” , – Tokayev and içib.

O, həmçinin dövlət başçısı səlahiyyətlərindən vicdanla istifadə edəcəyinə söz verib.
Xatırladaq ki, Qazaxıstanda iyunun 9-da növbədənkənar prezident seçkiləri keçirilib. Tokayev səsvermədə 70.96 faiz səslə qalib gəlib.

  DİGƏR XƏBƏRLƏR